image-rt-reklam
image-2backend

Daşkəsən Rayon İcra Hakimiyyətində növbəti dəfə vətəndaşların qəbulu keçirilib – FOTOLAR

image-728x90

Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti dəfə vətəndaşların qəbulu keçirilib. Qəbulda 12 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən məşğulluq, maddi yardım olunması, ünvanlı sosial yardım almasına kömək edilməsi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbərliyi tərəfindən dinlənilib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

image-1 image-2 image-3 image-4 image-5 image-6

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90