image-rt-reklam
image-3backend

 Daşkəsən Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilib- FOTOLAR

image-728x90
Daşkəsən Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilib.
RİH-in yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin sədri, RİHB-nin müavini Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Gəncə-Daşkəsən regional Məşğulluq Filialının, rayon Polis şöbəsinin, rayon təhsil sektorunun, Statistika idarəsinin, Daşkəsən rayonu üzrə Maliyyə şöbəsinin, Gənclər və İdman sektorunun , Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin Daşkəsən rayon şöbəsinin, ƏƏSMN-yi tabeliyində DSMF-u publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının Daşkəsən rayon qəbul şöbəsinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə -Daşkəsən regional şöbəsinin və Daşkəsən rayon bələdiyyələr şurasının rəhbər və məsul işçiləri iştirak ediblər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov iclası giriş sözü ilə açaraq rayon əhalisinin məşğulluğunu təmin etmək üçün Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verərək, əhalinin məşğulluğunun təmin olunması istiqamətində rayonda məqsədyönlü işlərin görüldüyünü bildirib.
V.Məmmədov qeyd etmişdir ki, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş məlumatlar email olunaraq Komissiyanın katibi Rəşad Dayıyevin imzası ilə 8 may 2024-cü il tarixli, 309 nömrəli məktubla xidməti istifadə üçün hesabat dövrü ərzində Daşkəsən rayonu üzrə məşğulluğa dair qiymətləndirmə cədvəli və hesabat dövrü ərzində rayon üzrə əmək müqavilələrinə dair cədvəl təqdim olunmuşdur.
Daşkəsən rayonu üzrə məşğulluğa dair qiymətləndirmə cədvəlindən və əmək müqavilələrinə dair məlumat cədvəlindən məlum olur ki, hesabat dövründə rayonda 162 hüquqi və fiziki, eyni zamanda dövlət və xüsusi mülkiyyət üzrə dövrün əvvəlinə 1429, hesabat dövrünün sonuna isə 1424 iş yeri olmuşdur ki, bu da 5 iş yeri azalmışdır.
Hesabat dövründə 31 nəfərin əmək müqaviləsinə xitam verilmiş, 27 nəfərlə isə yeni əmək müqaviləsi bağlanmışdır.
Əlavə olaraq bildirim ki, 33293 nəfər rayon əhalisinin 17900 nəfəri və ya 53,77 faizi məşğul əhali hesab edilmişdir.
Aktiv əmək müqaviləsinə görə işçilərin sayı 1424 nəfər, aktiv məşğul əhali 3240 nəfər olmuşdur. Rəsmiləşdirilməyən məşğul əhali 14660 nəfər olmuşdur ki, bu da məşğul əhaliyə nisbətdə 81, 9 % təşkil etmişdir.
Dövlət vergi xidmətinin məlumatına görə hesabat dövründə rayon ərazisində 1762 nəfər fərdi sahibkar qeydə alınmışdır. Aktiv məşğul əhalinin 2128 nəfəri və ya 65,68 faizi qeyri-kənd təsərrüfatı sahəsində çalışanlar olmuşdur.
“DOST İŞ Mərkəzi” MMC tərəfindən təqdim olunan 215 nəfər işsiz şəxslə müvafiq qanunvericiliyə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanılaraq rayonda ödənişli ictimai işlərə cəlb olunmuşlar. Həmin işçilərin müqavilələri davam etdirilir. Ümumilikdə ictimai işlərlə məşğul olanların fəaliyyətinə Rayon İcra Hakimiyyəti tərəfindən nəzarət gücləndirilmişdir.
Rayonda sənayenin əsasını mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri təşkil edir. Rayonun hərtərəfli sosial-iqtisadi inkişafı, mövcud problemlərin həlli, o cümlədən dəmir və alunit filiz yataqlarının işə salınması əsas vəzifə kimi qarşıda durur. Bütün bu məsələlərin həlli vəziyyəti Rayon İcra Hakimiyyətinin daimi nəzarətində saxlanılır.
Müəssisələrin işə salınması üçün Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən vaxtaşırı olaraq aidiyyəti qurumlar qarşısında məsələ qaldırılır. Bu müəssislər işə düşdükdən sonra Daşkəsən rayonunda, eyni zamanda bölgədə olan işsizlik problemi həll ediləcəkdir.
İclasda mövzu ilə bağlı komitə üzvləri tərəfindən fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90