Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov iclası giriş sözü ilə açaraq qeyd etmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, yüksək idarəetmə məharətinə və çevik idarəçilik qabiliyyətinə malik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən hərtərəfli islahatlar, möhtəşəm sosial-iqtisadi layihələr, qarşıya qoyulmuş strateji məqsədlərə çatmaq yolunda atılan inamlı addımlar güclü iqtisadi potensialın yaradılmasını, bütövlükdə Azərbaycanı və ayrılıqda hər bir bölgəni əhatə edən dinamik inkişafı, əhalinin həyat şəraitinin layiqli səviyyəyə qaldırılmasını təmin etmişdir.
Orxan Abbasov daha sonra çıxında Şura üzvlərinə rayon ərazisində həyata keçirilməsi nəzərdə tutulan və həlli vacib digər məsələlər barədə öz tapşırıqlarını vermişdir.
Sonra Şura iclasının gündəliyində duran məsələ barədə məlumat verilib.
“Enerjidaşıyıcılarından istifadə və onların dəyərinin ödənilməsi barədə” RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Bəhmən Verdiyevin hazırladığı arayış dinlənilib.
Daha sonra Şuranın müzakirəsinə çıxarılan məsələlər ətrafında geniş müzakirələr aparılıb, İcra Hakimiyyətinin Başçısı Orxan Abbasov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Çıxış və müzakirələr başa çatdıqdan sonra əlavə və düzəlişlər də nəzərə alınmaqla məsələ ilə bağlı Şura iclasının qərarı qəbul edilib.