image-rt-reklam
image-fb_img_1709050341309backend

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

image-728x90

Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclasında “2023-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” məsələ müzakirə olunub.

İclasda şura üzvləri, idarə, müəssisə və təşkilatların məsul şəxsləri iştirak edib.
Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov iclası giriş sözü ilə açaraq qeyd etmişdir ki, Daşkəsən rayonunda hələ də seçki ab-havası hiss olunur. Məlum olduğu kimi bu seçki mütəşəkkilliyi ilə fərqləndi, bütün şəhər və rayonlarda vətəndaşların səsvermədə iştirakı ilə bağlı göstəricilər yüksək oldu. Ölkə vətəndaşları Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən siyasi kursun ətrafında bir daha səfərbər olaraq, indiyədək əldə edilmiş nailiyyətlərin daxil olduğumuz yeni inkişaf mərhələsində də davam etdirilməsinə səs verdilər. Eyni zamanda seçkinin nəticəsi torpaqlarımızı işğaldan azad olunmasını təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə Azərbaycan xalqının minnətdarlığının ifadəsinə çevrildi.
Prezident seçkilərinin 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsi üzrə qeydə alınan nəticələri daşkəsənlilərin də seçiminin dəyişməz olduğunu göstərdi. Bu seçki Daşkəsən ictimaiyyətinin Ulu öndər Heydər Əliyevin ideyalarına və möhtərəm Prezident cənab İlham Əliyev siyasi kursuna sədaqətinin növbəti təcəssümünə çevrildi.
Cari ilin fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkiləri Daşkəsən rayonunda Azərbaycan Respublikasının Seçki məcəlləsinə uyğun olaraq şəffaf və demokratik qaydada keçirilmişdir. Prezident seçkilərində daşkəsənlilər həmişə olduğu kimi yenə də xüsusi fəallıq göstərmiş, seçiçilərin 71,5 faizi seçkilərdə iştirak etmiş və 92,83 faiz seçici Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevə səs vermişdir.
Prezident seçkilərində qazandığı bu parlaq, inamlı qələbə münasibətilə bütün daşkəsənlilər adından cənab İlham Əliyevi bir daha ürəkdən təbrik edir, ən xoş arzularımızı bildiririk.
Daşkəsənlilər həmişə olduğu kimi Ulu öndər Heydər Əliyevin Azərbaycanda daim yaşayan və qalib gələn ideyalarına bundan sonra da sədaqət nümayiş etdirəcək, əvəzolunmaz siyasi lider kimi cənab Prezidentimizin ətrafında daha sıx birləşəcəklər.
Xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, yüksək idarəetmə məharətinə və çevik idarəçilik üslubuna malik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən hərtərəfli islahatlar, möhtəşəm sosial-iqtisadi layihələr, qarşıya qoyulmuş strateji məqsədlərə çatmaq yolunda atılan inamlı addımlar yüksək inkişaf göstəricilərinə nail olunmasını, ölkəmizdə sabit və dayanıqlı hüquqi-siyasi sistemin və güclü iqtisadi potensialın yaradılmasını, bütövlükdə Azərbaycanı və ayrılıqda hər bir bölgəni əhatə edən dinamik inkişafı, əhalinin həyat şəraitinin layiqli səviyyəyə qaldırılmasını, dünya dövlətləri birliyinə hərtərəfli inteqrasiyanı təmin etmişdir.
Sonra Şura iclasının gündəliyində duran məsələ barədə məlumat verilib.
“2023-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” məsələ Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin məsul işçisi Bəhmən Verdiyevin hazırladığı arayış dinlənilib. Məruzəçi rayon ərazisində nəzərdə tutulan həyata keçirilmiş tədbirlər və gələcək vəzifələr barədə Şura üzvləri qarşısında çıxış edib.
Daha sonra Şuranın müzakirəsinə çıxarılan məsələlər ətrafında geniş müzakirələr aparılıb, Vüqar Məmmədov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Çıxış və müzakirələr başa çatdıqdan sonra əlavə və düzəlişlər də nəzərə alınmaqla məsələ ilə bağlı Şura iclasının qərarı qəbul edilib.

image-fb_img_1709050356268 image-fb_img_1709050353142 image-fb_img_1709050350102 image-fb_img_1709050347122 image-fb_img_1709050344305 image-fb_img_1709050341309

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90