“Aidiyyatı qurumlarımız, güc strukturlarımız, xüsusi xidmət orqanlarımız daim ayıq-sayıq olmalı, prosesləri mümkün olacaq qədər yaxından izləməlidir”.
O, bildirib ki, son aylarda Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsi mövzusunda Rusiya həm XİN, həm parlament səviyyəsində Azərbaycan ilə həmrəy olduğunu nümayiş etdirib:
“Təbii ki, Rusiya sülhməramlılarının maşınında daşınılan yüklərin yoxlanmasına dair əlimizdə heç bir fakt yoxdur. Lakin Azərbaycanla Rusiyanın son aylarda kifayət qədər yaxınlaşan mövqeyi fonunda rus sülhməramlılarının yenə də İran və digər ölkələrdən istehsal olunmuş silahları Ermənistana daşımağa risk edəcəyini düşünmürəm. Ancaq bunu heç bir zaman istisna etmək olmaz.
İstisnalar daim diqqət mərkəzində saxlanmalıdır. Ona görə də aidiyyatı qurumlarımız, güc strukturlarımız, xüsusi xidmət orqanlarımız daim ayıq-sayıq olmalı, prosesləri mümkün olacaq qədər yaxından izləməlidir”.