image-2000x150
image-media-367985472_594754239529569_5110044341634571117_n-nclp785ae0svbgqtrjhkbackend

Daha bir şairə xanım həbs edilir

image-728x90

Təbrizdə Təhlükəsizlik və Kəşfiyyat İdarəsinin (ETTELAAT) əməkdaşları Güney Azərbaycanın tanınmış şairə və yazıçısı Nigar Xiyaviyə zəng edərək Təhlükəsizlik İdarəsinə gəlməsini tələb ediblər.

Məlumata görə, bir neçə gün əvvəl təhlükəsizlik qüvvələri onun evinə hücum çəkərək bəzi şəxsi əşyalarını müsadirə ediblər.

Qeyd edək ki, qadın yazıçının həbs edilib yoxsa sərbəst buraxılması barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, dünən təbrizli daha bir qadın yazıçı da ETTELAAT İdarəsinə çağırılıb.
Hər iki azərbaycanlı yazıçının Təbriz şəhər İcra Hakimiyyətini binası qarşısında Urmu gölü ilə bağlı keçirilən etiraz aksiyalarında iştirakına görə çağırıldıqları güman edilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90