image-2000x150
image-1682581785_1682243061_resize-12-750x403-1backend

Daha bir partiya fəaliyyətini dayandırdı

image-728x90

Azərbaycanda daha bir partiya fəaliyyətinə son verib.

Ulusal.az xəbər verir ki, Vahid Azərbaycan Milli Birlik Partiyası özünü buraxması barədə bəyanat yayıb.

1993-cü ildə dövlət qeydiyyatına alınan partiyaya istiqlalçı deputat Hacıbaba Əzimov rəhbərlik edirdi.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub. Mart ayının əvvəlindən partiyalar özünü buraxmağa başlayıb. Fəaliyyətinə son verən partiyaların sayı 16-ya çatıb. Belə ki, Aydınlar Partiyası, Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90