Bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub.
Ulusal.az xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus nəqliyyat vasitələri ilə aralarında Rusiya və Ermənistan vətəndaşları da olan daha 79 nəfər Qarabağı tərk edib.
Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.