Dağıntılar altında qalan gənc zəlzələdən 64 saat sonra sağ-salamat xilas edilib.
Antalya Böyükşəhər Bələdiyyəsinin axtarış-xilasetmə qruplarının Kahramanmaraşda apardığı axtarışlar nəticəsində 24 yaşlı Doğan Akkök zəlzələdən sağ olaraq xilas edilib.
Gəncin dağıntılar altında olarkən divara “Ümidini itirmə” yazdığı məlum olub.
3 gündən sonra ilk dəfə işıq gördüyünü bildirən Doğan, dağıntılar altından çıxarıldıqdan sonra xəstəxanaya göndərilib.






















