image-rt-reklam
image-1backend

COP29-un yaratdığı unikal FÜRSƏT – Bakı sakinləri evlərini kirayəyə verir

image-728x90

Bakıda kirayə qiymətlərində dəyişiklik müşahidə edilir. Artım COP29 tədbirinə görə Bakıya turist axını ilə əlaqələndirilir. Qeyd edək ki, tədbir üçün 196 ölkədən 72 mindən çox iştirakçı qeydiyyatdan keçib.

On minlərlə tursitin ölkəmizə gəlməsinə səbəb olan COP29 paytaxt sakinləri üçün unikal fürsət yaradıb. Belə ki, Bakıda yaşayan bəzi vətəndaşlar evlərini turistlərə kirayə veriblər. Özləri isə bir neçə həftəlik rayonda yaşayırlar.

“İctimai TV”yə danışan turistlər Bakıda olmaqdan məmun olduqlarını bildiriblər. Londonda yaşayan çinli turist Bakıda yerləşən yaşayış kompleksində qaldığını deyib. O, qaldığı evin bir gecəsinə 130 dollar verdiyini bildirib.

COP29-da iştirak etməkdən məmun olduğunu bildirən Kosta Rikalı turist isə Bakının şəhərətrafı ərazisində gecəsi 500 dollara qaldığını qeyd edib. Britaniyalı iştirakçı isə metronun yaxınlığıda yerləşən binada gecəsi 65 funtsterlinqə qalır.

Riletor Vəfadar Axundovun sözlərinə görə, bəzi sakinlər evlərini 10-15 günlük kirayə vermək üçün müraciət ediblər. Onlar kirayə üçün yüksək qiymətlər təklif edirlər.

Kirayə qiymətləri artıq mənzilin yerinə, otaq sayına görə yox, bəzi hallarda yataq sayına görə də dəyişir. Turistlər daha çox şəhərin mərkəzində və mərkəzə yaxın ərazilərdə yerləşən yeni tikililərdə kirayə qalmağa üstünlük verirlər. Kanalda yayımlanan reportajda deyilir ki, qiymət dəyişikliyi Nəsimi, Səbail və Yasamal rayonlarında qeydə alınıb.

Ekspert Elnur Fərzəliyevin sözlərinə görə, normalda Bakıda mənzillərin günlük kirayə qiymətləri 50-200 manat arasında dəyişir. Ancaq turist axını ilə əlaqədar paytaxtda hazırda günlük kirayə qiymətləri 200 manatdan başlayır və 700-800 manatadək davam edir. Mərkəz ərazilərdə yerləşən villa tipli mənzillərdə isə günlük kirayələr 1500 manatdan başlayır. 2-3 min manatadək mənzil təklif edənlər də var.

Bakı ətrafında yerləşən bağ evlərində də qiymət dəyişikliyi var. Yay aylarında günlük 300 manata təklif edilən indi 2000 manata kirayəyə verilir.

Turizm bölgələrində də qiymət artımı müşahidə edilir. Rayonlarda günlük kirayə qiymətləri əvvəllər 50 manatdan başlayırdısa, hazırda 150 manata təklif edilir. İstirahət zonalarında günlük kirayə evlərin qiyməti 600-700 manatdək dəyişir. Ekspertlər günlük evlərin belə qiymətinin müvəqqəti olduğunu düşünür.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90