image-rt-reklam
image-1backend

COP29 – Azərbaycan siyasətinin növbəti uğuru

image-728x90

Azərbaycan daha bir mötəbər tədbirlə dünya arenasında öz sözünü dedi. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Bakıda keçirilməsi, dünyanın 200-ə yaxın ölkəsindən rəsmi şəxslərin bu tədbirdə iştirak etməsi mühüm hadisədir. Tədbir çərçivəsində keçirilən görüşlər, qəbul olunan qərarlar və əldə olunan razılaşmalar dünyanın ekoloji problemlərinin həllinə yönəlib ki, bu razılaşmada rəsmi Bakının rolu böyükdür.

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.

Prezident İlham Əliyev Liderlər Sammitinin aşılış mərasimində çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu. Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkə olduğunu bildirən Prezident qeyd etdi ki, Azərbaycan müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.

Azərbaycanın Yaşıl gündəliyi haqqında məlumat vərən dövlət başçısı bərpaolunan enerjidə texniki potensialımız barəsində də önəmli məlumatları diqqətə çatdırdı. Həmçinin qeyd olundu ki, COP29 çərçivəsində Birləşmiş Krallığın BP şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcək.

“Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans zamanı Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Əhatəli və konseptual çıxışı zamanı Azərbaycanın ətraf mühit məsələlərindən xeyli uzaq olan mülahizələr hesabına ədalətsiz hücum dalğasına, yalan hekayətlər və ikili standartlar ilə üzləşdiyini qeyd etdi. Həmçinin onu da bildirdi ki, Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır. Məqsədimiz bu məsələnin həllinə verdiyimiz töhfəni ortaq gələcəyə verəcəyimiz töhfəyə çevirməkdən ibarətdir. Bununla belə, bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik. Məlumdur ki, həmin media əvvəlcədən cızılmış ssenariyə uyğun getməyən və ya qoyulmuş qaydalarla oynamayan, müstəqil siyasət yürüdən və öz milli maraqlarını qoruyan ölkələri gözdən salmaq üçün alətə çevrilib. Müəyyən ölkələrin təsiri altında olan bəzi iri media platformaları əmr ilə Azərbaycan haqqında mənfi hekayətləri yaymağa başlayırlar. Əslində, bəs bunun arxasında dayanan nədir? Bu cür çirkin kampaniyanın sponsorları hansı məqsədləri güdürlər? Əslində, biz cavabı bilirik. Vətəndaşlarımızın öz ölkəsini beynəlxalq səhnədə ədalətli və düzgün şəkildə təmsil etmək hüquqları var. Onların Azərbaycanın müstəqil mövqeyini təhdid kimi görən dairələrin təzyiqinin və manipulyasiyanın qurbanına çevrilməmək hüququ var. Nailiyyətlərimiz və işimiz bəzi dövlətlərin geosiyasi maraqları uğrunda səhv təsvirə deyil, hörmətə layiqdir.

Riyakarlıq, həmçinin müxtəlif ölkələr tərəfindən öz iqlim öhdəliklərinə necə yanaşmasında özünü büruzə verir. Əsrlər boyu çirklənmənin əsas mənbəyi və sərvətlərin məsuliyyətsiz istehlakçısı olmuş inkişaf etmiş ölkələr hazırda sərt hakim rolunda çıxış edir. Onlar hamı üçün sərt məhdudiyyətləri təşviq edir və eyni zamanda, öz siyasətində iddialı məqsədlərini güdür, öz maraqları uğrunda işini davam etdirir. Onlar digər ölkələrdən transformasiyanı tələb edir, lakin bununla belə, maliyyə və ya texnoloji baxımdan yardım etməyə tələsmirlər. Azərbaycan manipulyasiya və təzyiq deyil, səmərəli fəaliyyət, real həll variantları və ədalətli əməkdaşlığı arzulayan ölkədir.

Növbəti 5 il Azərbaycan bu mötəbər tədbir zamanı əldə olunan razılaşmaların reallaşması, dünyanın ekoloji problemlərinin həlli, iqlim maliyyələşməsi və digər məsələlərin həllində ciddi addımlar atacaq. Eyni zamanda ölkəmizə təşrif buyuran hökumət və dövlət nümayəndələri, QHT və jurnalistlərin ölkəmiz haqqında müsbət təssuratları onu deməyə əsas verir ki, Azərbaycan elokoji tarazlığın qorunması ilə yanaşı regionda siyasi söz sahibidir və əldə olunan uğurlar Cənab Prezident İlham Əliyevin təntənəli qələbəsidir. Bu qələbə nəinki Azərbaycana eyni zamanda regiona öz müsbət töhfəsini verəcək.

Gülər Baxışova

Pedaqogika üzrə fəlsəfə doktoru

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90