image-rt-reklam
image-1backend

Con Bolton: “Putin Alyaska görüşünün açıq qalibi oldu”

image-728x90

Ulusal.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton, CNN-ə açıqlamasında Rusiya prezidenti Vladimir Putini Alyaskada keçirilən sammitin “qalibi” adlandırıb.

“Tramp uduzmadı, amma Putin açıq şəkildə qalib gəldi”, – deyə Bolton bildirib. Onun sözlərinə görə, Tramp görüşdən yalnız “özünü xilas etməklə” kifayətlənib və real nəticə əldə etməyib.

Bolton həmçinin qeyd edib ki, Vladimir Putin görüş zamanı “münasibətləri bərpa etmək üçün ciddi səylər göstərib” və bu, onun əsas məqsədi olub.

Keçmiş müşavirin fikrincə, Putin ABŞ-ın yeni sanksiyalar tətbiq etməsindən yayınmağı bacarıb, atəşkəsə dair hər hansı öhdəlik götürməyib və növbəti danışıqlar raundu üçün də konkret tarix müəyyən olunmayıb.

“Putin istədiyinin çoxuna nail oldu. Tramp isə çox az nəticə ilə kifayətlənməli oldu”, – deyə Con Bolton yekunlaşdırıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90