ABŞ prezidenti Co Bayden Qəzzadakı münaqişə bölgələrində qalan mülki əhalinin qorunmasının vacibliyini vurğulayıb.
Co Bayden İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığında Qəzzadakı son vəziyyəti qiymətləndirib.
Ağ Evdən verilən açıqlamaya görə, Co Bayden İsraili qeyd-şərtsiz dəstəklədiyini vurğulayıb və Qəzzadakı girovların vəziyyətinə görə narahat olduğunu bildirib. Beynəlxalq Qızıl Xaç Təşkilatına ”Həmas”ın əlindəki girovları azad etməsi ilə bağlı icazə verilməsinin vacibliyini vurğulayan Co Bayden ”Həmas”ın əsir mübadiləsinin davam etməməsinə görə məsuliyyət daşıdığını deyib.
Co Bayden Qəzzadakı münaqişə bölgələrində qalan mülki vətəndaşların qorunmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Qəzzaya daha çox humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayan Bayden, İsrailin bölgəyə daha çox yanacağın daxil olmasına icazə verməsini alqışlayıb.
Co Bayden həmçinin İordan çayının qərb sahilində fələstinlilərə qarşı artan zorakılığa görə narahatlığını ifadə edib və bölgədə sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.






















