“Çinlə irimiqyaslı müharibə olarsa, ABŞ-nin silah ehtiyatı tez tükənəcək”.
APA xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
“Allah eləməsin ki, Çinlə müharibə vəziyyətində olaq. Çin kimi bir ölkə və bir ordu ilə istənilən müharibə ABŞ-nin silah-sursat ehtiyatlarının tez bir zamanda tükənməsinə gətirib çıxaracaq”, – deyə o qeyd edib.
Sallivan vurğulayıb ki, Birləşmiş Ştatlar son 3 ilin hadisələrindən dərs çıxarmalı və müdafiə sənayesini hazırlamalıdır.
Onun sözlərinə görə, burada əsas məqam hərbi əməliyyatlar zamanı istehsalın bərpa olunması və artırılmasını təmin edəcək müdafiə sənayesinin yaradılmasıdır.
Qeyd edək ki, ABŞ-nin Tayvana silah satması ilə əlaqədar Vaşinqtonla Pekin arasında gərginlik yaranıb.
Cin Xarici İşlər Nazirliyindən bildirilib ki, Birləşmiş Ştatların Tayvana silah satması Çin-Amerika münasibətlərinə zərbə vurur, habelə sülhə təhdid yaradır.
Çin tərəfi bununla bağlı ABŞ-yə kəskin etirazını bildirib.