ABŞ mətbuatının məlumatına görə, Çin Ticarət Nazirliyinin vitse-naziri Li Çenqan Vaşinqtona dəvət olmadan gəlib və konfransda çıxış edərək ABŞ-ı “qlobal xaos”la hədələyib.
Ulusal.az xəbər verir ki, ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, avqust ayında Li Çenqanın paytaxtdakı səfəri ABŞ prezidentinin administrasiyası ilə razılaşdırılmayıb. O, vitse-naziri “çox hörmətsiz adam ” adlandırıb:
“Bəlkə də, vitse-nazir burada çox qızğın çıxış edərək ağlına gəlməyən addımlar atıb… O, çox hörmətsiz davranırdı.”
Çin Ticarət Nazirliyi isə jurnalistlərin bu açıqlamalara dair sorğusuna hələ cavab verməyib.
Bloomberg qeyd edir ki, 58 yaşlı Li Çenqan apreldə Çin vitse-naziri və ticarət nümayəndəsi təyin olunub. Daha əvvəl o, Cenevrədə Çin tərəfini Dünya Ticarət Təşkilatında (WTO) təmsil edib və ABŞ-la ticarət danışıqlarında iştirak edib.
Çin Ticarət Nazirliyi açıqlamışdı ki, Li Vaşinqtona ABŞ maliyyə, ticarət və kommersiya nümayəndələri ilə görüşmək üçün gəlib və “qarşılıqlı hörmət, sülh və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini” vurğulayıb.
Buna baxmayaraq, Skott Bessent vitse-nazirin çıxışını belə təsvir edib:
“Li ABŞ-ın liman vergiləri planlarını davam etdirməsi halında Çin “qlobal xaos” yaradacağını hədələdi. Ola bilsin, o, özünü ‘wolf-warrior’ kimi hiss edir.”
Ekspertlər hesab edirlər ki, Li Çenqanın bu hərəkətləri “Sİ Czinpinin təsdiqi olmadan mümkün deyil”, çünki Çin məmurları adətən mərkəzləşdirilmiş idarəçilik altında müstəqil qərar vermirlər.
Əvvəlcə Skott Bessent Fox Business-a verdiyi müsahibədə Çinı “müharibəni maliyyələşdirməkdə” ittiham etmişdi.