Ulusal.az xəbər verir ki, paytaxta mövcud olan böyük ticarət mərkəzlərində fəaliyyət göstərən “Cinema Plus” yeni bir fırldağa əl atıb.
Vətəndaşın elektron qaydada bu gün Gənclik Mall-da yerləşən “CinemaPlus”-un 19:15 seansında göstərilən “Five nights at Freddy’s” filimə aldığı biletin pulunu kartından tutsa da, vətəndaş filimi izləmək üçün getdikdə geri qaytarılıb.
Səbəbini müxtəlif bəhanələrlə izah etməyə çalışan “CinemaPlus”əməkdaşları vətəndaşa 16 gün müddətində biletin pulunu geri qaytaracaqlarını bildiriblər.
Amma maraqlıdır ki, “CinemaPlus”əməkdaşı ilkin olaraq vətəndaşa “gəlin heç bir problem yoxdu,ödəniş qəbzi ilə filmə baxa biləcəksiz”-deyib.
Amma vətəndaş Gənclik Moll-da yerləşən “CinemaPlus”a gəldikdə onu filmə baxmağa izn verməyiblər.