image-rt-reklam
image-1backend

Çin və Azərbaycan arasındakı münasibətlər bu gün ən yüksək səviyyədədir

image-728x90

Son illər Azərbaycanla Çin arasında siyasi dialoq, iqtisadi tərəfdaşlıq əlaqələri daha da genişlənir. Dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayır. İki ölkənin rəsmiləri arasında səfərlər intensivləşib, bütün sahələr üzrə danışıqlar və razılaşmalar dinamik xarakter alıb. Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirib və Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırıb. Bütün bunlar dinamik xarakter daşıyan qarşılıqlı əlaqələrin yeni mərhələyə yüksəldiyinin göstəricisi hesab oluna bilər.
Prezident İlham Əliyevin Çinə səfəri fonunda iki ölkə arasında imzalanan müqavilə münasibətləri daha yüksək bir mərhələyə çatdırmış oldu. Nəzərə almaq lazımdır ki, Çində imzalanan bəyənnamədə iki ölkə arasında hərtərəfli əməkdaşlıq adlanan strateji münasibətlər üzrə birgə bəyənnamə vurğusu var. Bu onu göstərir ki, Azərbaycan və Çin bu gün öz əlaqələrini ən yüksək səviyyəyə çatdırmaqdadır. Eyni zamanda iki ölkənin münasibətlərində tarixi məqam gəlib çatıb. Belə ki, daha əvvəl Azərbaycan Çin vətəndaşları üçün vizanı aradan qaldırmışdı. İndi isə Azərbaycan vətəndaşları Çinə vizasız gedib gələcəklər. Bütün bunlarla yanaşı, Azərbaycan Çinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayır. Özəlliklə Tayvan məsələsi ətrafında Çinə qarşı müəyyən basqılar edən beynəlxalq güclərin qarşısında Azərbaycan cəsarətlə Çinin ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Eyni zaman da Çin də hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Hər bir halda Çin və Azərbaycan münasibətləri arasında böyük bir tarixi məqam yetişib ki, bu, təkcə ticari, iqtisadi və siyasi əlaqələri deyil, kültürəl və elmi əlqələri də dərinləşdirir.
Dövlətlər arasında imzalanan sənədlərin çeşidlərinə, müxtəlifliyinə, əhəmiyyətinə nəzər salanda görərik ki, bunlar çox mühüm sənədlərdir. Bu bir tərəfdən normativ hüquqi bazanı möhkəmləndirir, digər tərəfdən yeni perespektivlər formalaşdırır. Çünki Çin dünya siyasətində və iqtisadiyyatında mühüm aktordur. Azərbaycanın da mühüm geosiyasi mövqedə yerləşməsi də Çin üçün əhəmiyyət kəsb edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, Zəngəzur dəhlizləri kimi mühüm layihələrdə Çin fəal yer almağa çalışır. Çinin qlobal əhəmiyyətli “Bir kəmər, bir yol” layihəsi, qarşılıqlı investisiya, maraqlar və digər iqtisadi artıma hesablanmışdır. Bu dövlət səfərinin ölkəmiz üçün böyük iqtisadi faydaları olacaq.
Pekin son onilliklərdə coğrafi baxımdan Çindən uzaq olan, lakin Çinin xarici siyasətində artan əhəmiyyətə malik Cənubi Qafqaz regionunda fəaliyyətini gücləndirir.
Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri, onun çinli həmkarı Si Cinpin tərəfindən yüksək hörmətlə qarşılanması Bakı-Pekin əlaqələrində dərinləşən əlaqələrin regional dinamikasını göstərir. Çinin Azərbaycanla münasibətləri Bakı üçün qlobal güc mərkəzlərinin ambisiyalarına qarşı alternativ tarazlıq verir. Azərbaycan bu tarazlığı praqmatik şəkildə idarə edir. Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycanla Çinin qarşılıqlı olaraq yenilənmiş çoxtərəfli strategiyasına, o cümlədən təhükəsizlik əlaqələrinə vurğu edir.
Prezident İlham Əliyevlə Si Cinpin arasında imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” çoxşaxəli əlaqələrin qurulmasını şərtləndirir.
Çinin mühüm təşəbbüslərindən olan “Bir kəmər, bir yol” da Azərbaycan tərəfindən fəal dəstəklənir. Orta Dəhliz mövzusunda bu məsələ Azərbaycana önəmli rıçaqlar təqdim edir. Bu, Çinin Zəngəzur dəhlizi layihəsindəki strateji hərəkətliliyini artıran tendensiyaları da inkişaf etdirir.
Beləliklə, Prezident İlham Əliyevin Çinə səfəri iki ölkə arasındakı əlaqələrdəki müştərək qarşılıqlı fəaliyyətin əsas hərəkətverici qüvvəsinə çevrilir. Azərbaycanla Çinin iqtisadi, geosiyasi və strateji mülahizələrini əhatə edən münasibətlər sisteminin dərinləşməsi böyük dividendlər deməkdir.

Aysel Mənsimova – politoloq

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90