image-rt-reklam
image-1backend

ÇİN İLK DƏFƏ NÜVƏ TRİADASINI NÜMAYİŞ ETDİRDİ – VİDEO

image-728x90

Çin hərbi paradda öz ordusunun quruda, dənizdə və havada yerləşən strateji qüvvələrini ilk dəfə Tiananmen meydanında nümayiş etdirdi.

Ulusal.az  xəbər verir ki, Çinin strateji nüvə triadası ilk dəfə Pekində keçirilən rəsmi paradda nümayiş olunub.

Nüvə başlıqlı raketlərin yer aldığı ilk sütunda havadan buraxılan “Jinglei-1” raketi, sualtı qayıqdan buraxılan qitələrarası ballistik “Julanq-3” raketi, quruda yerləşdirilən “Dongfeng-61” və “Dongfeng-31” qitələrarası ballistik raketləri təqdim olunub.

Bundan əlavə, Pekinin strateji təhlükəsizliyin təminatı və qarşısının alınması vasitəsi kimi qiymətləndirdiyi “DF-5C” planetar məsafəli strateji qitələrarası nüvə raketi də paradda nümayiş etdirilib.


Məlumata görə, Çin Xalq Azadlıq Ordusu Pekində keçirilən təntənəli paradda bir sıra ən son “Hongqi” hava hücumundan müdafiə sistemlərini də nümayiş etdirib.

Nümayiş etdirilən sistemlərin arasında “Hongqi-20”, “Hongqi-19” və “Hongqi-29” var. Bu sistemlər çoxsəviyyəli raketləri ələ keçirməyə qadirdir və uzun, orta və qısa məsafələrdə hava hücumundan müdafiəni təmin edir.


 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90