Çin planlaşdırılan rüsumlarla bağlı ABŞ-la telefon danışıqlarını təxirə salıb. Ulusal.az xəbər verir ki, bu barədə ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir məlumat verib.
Qririn sözlərinə görə, ABŞ tərəfi Pekinə telefon danışığı təklifi göndərib, lakin Çin bu təklifi ertələyib. O bildirib ki, Çin tərəfi planlaşdırılan yeni rüsumlar barədə Vaşinqtonu əvvəlcədən xəbərdar etməyib və Ağ Ev bu məlumatı açıq mənbələrdən öyrənib.
ABŞ rəsmisi qeyd edib ki, Pekinin bu addımı “cavabsız qalmayacaq”.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, Vaşinqton 1 noyabrdan və ya daha tez Çindən idxal olunan mallara tətbiq edilən gömrük rüsumlarını 100 faiz artıracaq. Trampın sözlərinə görə, Pekin “son dərəcə aqressiv mövqe” tutub.
Bu həftə Çin Xalq Respublikasının Ticarət Nazirliyi isə 2025-ci il noyabrın 8-dən etibarən orta və ağır nadir torpaq elementləri, litium batareyalar və süni qrafitdən hazırlanmış anod materialları ilə bağlı bir sıra məhsulların ixracına nəzarət tətbiq edəcəyini açıqlayıb.