image-rt-reklam
image-img-20240528-wa0003backend

“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyindən möhtəşəm tədbir – FOTOLAR

image-728x90

“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək ictimai birliyi məqsədi atası dünyasını dəyişmiş abituriyentlərin təhsil təqaüdünə və həssas qrup nümayəndələrindən olan tənha analara dəstək göstərmək olan “Qutabdan Kitaba” sosial sahibkarlıq layihəsini mütəmadi olaraq həyata keçirir. Hər həftə sonu Bakının müxtəlif yaşayış massivlərində “Sosial Bazar” istiqamətində təşkil olunan bu layihədə müxtəlif əl işlərindən ibarət sosial sahibkarlıq layihələrinin məhsulları ilə yanaşı həssas qrupdan olan dul qadınların elə sosial bazarda növbənöv bişirdiyi qutabların satışı təşkil olunur. Birlik qeyd edir ki, layihə ölkəmizin dövlətçilik, təhsil siyasətinə, həmçinin, dövlətin qadınlar və uşaqlar, gənclər siyasətinə uyğun olaraq aparılır və dövlətin sağlam şəkildə qurulmasında özünəxas rol oynayır. Sözügedən layihə bu həftə Nərimanov rayonunda yerləşən “Kosmos” Yaşayış kompleksinin həyətində böyük coşqu, yüksək əhval-ruhiyyə ilə keçirilib. Layihə yaşayış kompleksi rəhbərliyi, bina sakinləri tərəfindən rəğbət, şövqlə qarşılanıb. Onlar “Sosial bazar”ın insanların bir araya gələrək qaynayıb-qarışmasında, milli-mənəvi dəyərlərin təbliği və inkişafında böyük rol oynadığını dilə gətiriblər, qonşular tərəfindən digər yaşayış komplekslərində də layihənin keçirilməsi təklif edilib.
Qeyd edək ki, bu dəfə analar 50 kq unun xəmirini yoğuraraq layihə müddətində rekord nəticə göstəriblər.
Birlik silsiləvi təşkil etdiyi bazarlarda coşqularına qoşulan, öz gəlişləri, iştirakları ilə layihəyə rəng və dəyər qatan xeyirsevər Bakı əhalisinə dərin minnətdarlığını bildirir.

image-img-20240528-wa0008 image-img-20240528-wa0007 image-img-20240528-wa0006 image-img-20240528-wa0005 image-img-20240528-wa0004 image-img-20240528-wa0003

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90