image-rt-reklam
image-1backend

CHP-də Ebru Gündeş krizi: 69 milyonluq konsert partiyanı bir-birinə vurdu

image-728x90

Ankara Böyükşəhər Bələdiyyəsinin 29 Oktyabr Cümhuriyyət bayramı tədbirləri çərçivəsində çıxış edən Ebru Gündeşə 69 milyon lirə (3 milyon 500 min manat) ödədiyi ilə bağlı iddialar CHP daxilində yeni müzakirələrə səbəb olub.

Ulusal.az xəbər verir ki, CHP bu məsələni parlamentdə keçirdiyi Partiya Məclisi (PM) toplantısında müzakirə edib.

Ebru Gündeşin konsertini “olmamalıydı” kimi dəyərləndirən CHP lideri Özgür Özəl konsert üçün xərclənən 69 milyon lirə büdcəni tənqid etməyib. Özəl konsertdən əvvəlcədən xəbərdar olmadığını deyib: “Ebru Gündeş Reza Zarrabın keçmiş həyat yoldaşıdır. Ona görə də bu konsert olmamalı idi”.

CHP lideri, həmçinin CHP qrup sədr müavinləri, millət vəkilləri, partiya məclis üzvləri, vilayət və rayon təşkilatlarının nümayəndələrinin 14 gün Esenyurt Bələdiyyəsi qarşısında keşik çəkəcəklərini bildirib.

Özəlin reaksiyasından sonra Ankara bələdiyyəsinin sədri Mansur Yavaş tənqidlərə cavab verib. O, Respublika Günü münasibətilə təşkil edilən və 69 milyon lirənin xərcləndiyi iddia edilən konsertlə bağlı araşdırma başlandığını açıqlayıb. Açıqlamada konsertin ödənişinin edilmədiyi və proses tamamlanana qədər heç bir ödənişin də olmayacağı bildirilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90