Ulusal.az xəbər verir ki, bu barədə məlumat və görüntüləri sosial media hesabında ictimai fəal Elyar İslamoğlu paylaşıb.

Onun sözlərinə görə, görüntülərdə həqiqətən də kanalizasiya sularının axdığı istiqamətdə Ceyranbatan gölü görünür: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ümid edirik ki, bu dəfə öz işinizi məsuliyyətlə yerinə yetirəcəksiniz. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti, çay formasında axan kanalizasiya sularının Ceyranbatan gölünə axmadığını sübut edin”.

Mia.az iddia ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinə sorğu verib.

Oradan saytımıza bildirilib ki, videodakı iddialar həqiqəti əks etdirmir: “Buradakı (Videodakı) adam nağıl danışır…”