image-rt-reklam
image-1backend

Ceyms Obrayen İrəvanda ermənilərə dedi: Bakı ilə sülh olsa, bunları əldə edəcəksiniz

image-728x90

Ermənistanda baş verən siyasi proseslər erməni xalqının demokratik ambisiyalarını əks etdirir. Hökumətin bizim dəstəyimizlə qanunun aliliyini əsaslı hala gətirərək, korrupsiyaya qarşı mübarizə aparan, insanlara öz fikirlərini demokratik şəkildə ifadə etmək imkanı verən böyük addımlarını görmək bizi ruhlandırır. Biz bütün bu səyləri dəstəkləyirik.

Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obrayen bu gün, iyunun 11-də Ermənistan-ABŞ strateji dialoqunun yekun sessiyası zamanı bildirib.

“Birləşmiş Ştatlar həm də regionda davamlı sülhün bərqərar edilməsi səylərini dəstəkləyir, eləcə də iqtisadi imkanların genişləndirilməsinə çalışır. Biz bilirik ki, Ermənistan üçün təhlükəsizlik, rifah və demokratiya yanaşı mövcuddur. Biz bu istiqamətdə bütün səyləri dəstəkləyirik. Biz həmçinin davamlı sülhün bərqərar edilməsi səylərini dəstəkləyirik. Biz Mərkəzi Asiyadan Aralıq dənizinə qədər iqtisadi imkanları genişləndirmək üçün çalışırıq. Əgər Ermənistanla Azərbaycan arasında davamlı sülh olarsa, bu imkanlar daha da genişlənəcək”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90