image-2000x150
image-344577443_966232684820459_6843141351027633906_nbackend

“Çexiyanın iş adamları Qarabağın bərpası prosesində iştirakı nəzərdən keçirirlər” – Elnur Allahverdiyev

image-728x90
Çexiya Respublikası ilə diplomatik münasibətlərimizin qurulmasından 30 il ötür. Ölkələrimiz arasında pozitiv dinamikalı əlaqələr mövcuddur. Dövlət başçılarımızın bu müddət ərzində reallaşdırdıqları qarşılıqlı səfərlər bu münasibətlərin yüksələn xəttlə inkişafında mühüm rol oynayıb. Ölkələrimizdə fəaliyyət göstərən səfirliklər xalqlarımız və dövlətlərimizin müxtəlif sferalarda işbirliyini möhkəmləndirmək üçün effektiv fəaliyyət göstərirlər. Bu nöqteyi-nəzərdən Çexiya Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri cənab Milan Sedlaçekin əməyini xüsusi qeyd etməliyəm.
Diplomatik münasibətlərimizin 30 illiyinə təsadüf edən bu il də qarşılıqlı təmaslar baxımından önəmli tədbirlər vəd edir. Cənab səfir artıq yerli mətbuatımıza bildirib, Çexiyanın iş adamları Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində iştirakı nəzərdən keçirirlər. Gələn ay bir qrup çexiyalı deputatın ölkəmizə gəlişi gözlənilir. Bu səfərin Azərbaycan reallıqları və Ermənistanın işğalı nəticəsində dövlətimizə və xalqımıza dəyən maddi və mənəvi zərər barədə dost ölkə ictimaiyyətinin məlumatlandırılması baxımından cidd önəmi olacaq. Qanunverici orqanlarımız arasındakı münasibətlərin inkişafı üçün Azərbaycan-Çexiya parlamentlərarası işçi qrupu da məhsuldar səylər göstərir. Çexiyalı deputatların ölkəmizə səfəri bu əlaqələrin inkişafına təkan olacaq.
Dünən diplomatik münasibətlərimizin 30 illiyi ilə bağlı növbəti tədbir keçirildi. Dövlət Filarmoniyasında Çexiyanın ölkəmizdəki səfirliyi və Azərbaycan-Çexiya parlamentlərarası işçi qrupunun birgə təşkilatçılığı ilə keçirilən konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayəti, Plzen Dövlət Konservatoriyasının professoru Roman Fedçuk və Respublika və beynəlxalq müsabiqələr laureatı Canel Nəcəflinin solistliyi ilə Azərbaycan, çex və dünya klassik musiqisindən parçalar dinlədik. Bildiyiniz kimi, Canel xanım dairəmizin seçicisidir. Cənab Fedçuk Çexiyada Canelin müəllimi olub. Onların Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu və yerli misiqiçlərimizlə tandemdə gözəl konserti baş tutdu.
Qarşıdakı illər ərzində Azərbaycanla Çexiya arasında hərtərfli əlaqələrdə daha böyük nailiyyətlərin əldə edilməsi üçün hər cür potensial mövcuddur. Bu prosesdə qanunverici orqanlarımızın rolu böyükdür.
Elnur Allahverdiyev
Millət vəkili
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90