image-rt-reklam
image-1675254751_evik-polis-alayibackend

Çevik Polis Alayına komandir təyin edildi

image-728x90

Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayına (ÇPA) komandir təyin edilib.

Ulusal.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Ramil Piriyev təyinat alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev APA-ya məlumatı təsdiq edib.
Qeyd edək ki, Əlahiddə Çevik Polis Alayının sabiq komandiri, polis general-mayoru Səhlab Bağırov bir neçə gün əvvəl vəzifəsindən azad edilib. O, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90