image-rt-reklam
image-555backend

Cevdet Yılmaz Ersin Tatarla görüşdü

image-728x90

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkiyə ilə Şimali Kıbrıs Türk Respublikası (ŞKTR) arasındakı əməkdaşlığın yeni nəticələr doğuracağına inandıqlarını bildirib.

Ulusal.az xəbər verir ki, Cevdet Yılmaz Şimali Kıbrıs Türk Respublikasının paytaxtı Lefkoşada ŞKTR Prezidenti Ersin Tatar ilə görüşüb.

Təkbətək görüşdən əvvəl açıqlama verən Cevdet Yılmaz ”Türkiyə Yüz İli”nin “ŞKTR Yüz İli” olacağını, ŞKTR-nin dünyada çox daha nüfuzlu ölkəyə çevriləcəyini bildirib.

Şimali Kıbrıs Türk Respublikasına etdiyi səfər çərçivəsində məhsuldar görüşlər və toplantılar keçirdiklərini ifadə edən Cevdet Yılmaz deyib:

”Türkiyə Cümhuriyyəti ilə Şimali Kıbrıs Türk Respublikası arasındakı əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə və bu əməkdaşlığın beynəlxalq arenada yeni nəticələr doğuracağına ürəkdən inanırıq”.

Vitse-prezident Cevdet Yılmaz Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını Kıbrısdakı türklərə çatdırdı.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90