image-rt-reklam
image-1backend

Cəlilabadda sərnişin mikroavtobusu qəzaya düşüb

image-728x90

Cəlilabad rayonunda sərnişin mikroavtobusu minik avtomobili ilə toqquşub.

Hadisə Cəlilabad-Uzuntəpə kənd yolunda qeydə alınıb.

Rayon mərkəzinə sərnişin daşıyan “Mercedes” markalı marşrut avtobusu “Lada-Priora” markalı avtomobillə toqquşub. Qəzada sərnişinlərdən biri, 65 yaşlı Lalə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya yolun buz bağlaması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90