image-rt-reklam
image-1backend

“Çəkilişə gəlməyib, qızlarla əylənirdi, ağzından yumruq vurdum” – “Yol əhvalatı”nın Fəridi gürcü aktyoru niyə döyüb? – FOTO

image-728x90
“Yol əhvalatı” filminin sevilməsinin əsas səbəbi yaxşı aktyor ansamblıdır. Həm də axı böyük məktəb var idi. Ssenarinin özü də pis deyildi, Asim Cəlilov yazmışdı. Rejissor Teymur Bəkirzadə aktyorlara sərbəstlik verirdi. 1980-ci ildə çəkilib, indiyə qədər ekranlardan düşmür. Görün nə qədər gözəl çəkilib. Mən rejissor assistenti idim. Baş rol ifaçısı Mustafanı – Vaxtanq Pançulidzeni gedib Gürcüstanda yataqdan oyadıb gətirmişəm. Teymur Bəkirzadə onu bir filmdə görüb bəyənmişdi. Zümrüd rolunun ifaçısı xalq artisti Həmidə Ömərovadan da boyca çox kiçik idi. Ayağının altına daş qoymuşduq. Hər dəfə Həmidə xanım dialoqa girəndə onu gülmək tuturdu”. Bunu Medianews.az-a açıqlamasında “Yol əhvalatı” filminin Fəridi – aktyor, rejissor Yusif Əlizadə deyib.

“Çəkilişə gəlməyib, qızlarla əylənirdi, ağzından yumruq vurdum” - “Yol əhvalatı”nın Fəridi gürcü aktyoru niyə döyüb? - <span style=color:red>ÖZƏL+FOTO

Sənətçi daha sonra Vaxtanq Pançulidze ilə mübahisəsinin detallarını da illər sonra açıqlayıb:

“Filmdə elə bir səhnə var idi ki, günün düşməsini gözləyirdik. Çünki operator işi incəlik tələb edirdi. Gün düşən vaxtı gördük ki, Vaxtanq yoxdur. Sən demə, hansısa xanımlarla görüş təyin edib. Çox məsuliyyətsiz idi. Onu danladım, gördüm ki, əl-qol atır. Bir dənə qoydum ağzının üstündən. Rejissor Teymur Bəkirzadə gəlib soruşdu ki, nə baş verir, niyə dava edirsiz? Məsuliyyətsiz olduğunu bildirdim. Teymur müəllim dedi ki, o, baş rolu oynayır, sən onu niyə vurursan? Əslində onun rolunu öncə mənə təklif etmişdilər. Mənim sadəcə olaraq vaxtım yox idi. Çünki rejissor assistenti idim, aktyorları-filan mən yığırdım. Mən Fərid roluna da heç çəkilmək istəmirdim. Rejissor məni acığa çəkdi. Rəhmətlik Elxan Əhədzadəni bu rola çağırmışdım. O da çəkiliş günü qastrola getmişdi. Dedim nə qastrol, ona ssenari vermişəm. Həyat yoldaşı dedi ki, gecə evdən çıxıb. Teymur müəllim dedi ki, sənin dostun yalançı çıxdı. Ona görə məcbur olub özüm çəkildim”.

“Çəkilişə gəlməyib, qızlarla əylənirdi, ağzından yumruq vurdum” - “Yol əhvalatı”nın Fəridi gürcü aktyoru niyə döyüb? - <span style=color:red>ÖZƏL+FOTO

Yusif Əlizadə deyir ki, tək rejissor kimi yox, kaskadyor kimi də filmlərdə çalışıb. Amma əməyini heç kim qiymətləndirməyib:

“Filmlərdə kaskadyorluq da etmişəm. Dublyajda rejissor olmuşam. Heç bir fəxri ad, mükafat almamışam. Mənimlə düşmənçilik edirlər. Sözümü deyən insanam, yəqin ki, məndən lazımlı adamlara çox söz çatdırıblar. Rüstəm İbrahimbəyovun sədri olduğu ittifaqa üzv idim. Ondan sonra ittifaqı Şəfiqə Məmmədova ələ aldı. Dedilər ki, sənədlərini apar, ora üzv ol. Getdim. Gördüm Şəfiqə məni heç saymır. Artıq bu sahədən iyrənmişəm. Heç nə istəmirəm. 78 yaşım var. 530 manat pensiya alıram. Mənə edilən paxıllıq heç kimə olunmayıb. Özlərindən yaxşı bilənləri heç kim öz ətrafında görmək istəmir. Məni tanıyan tanıyır, tanımayan da tanımır. 40 il “Azərbaycanfilm” kinostudiyasında can qoymuşam. Elə təhlükəli səhnələr olub ki, aktyor da, kaskadyor da imtina edib, mən oynamışam. Gedə-gedə burnum gözümə sataşdı. Görmüşəm ki, qorxudan ağappaq olmuşam. Amma bunu etmişəm”.

“Çəkilişə gəlməyib, qızlarla əylənirdi, ağzından yumruq vurdum” - “Yol əhvalatı”nın Fəridi gürcü aktyoru niyə döyüb? - <span style=color:red>ÖZƏL+FOTO

Qeyd edək ki, Yusif Əlizadənin “Azərbaycanfilm”in istehsal etdiyi filmlərin əksəriyyətində əməyi var. “Arxadan vurulan zərbə”, “De ki, məni sevirsən!”, “Dantenin yubileyi”, “Bizi bağışlayın” “İstintaq”, “Yarımçıq qalmış mahnı”, “Yol əhvalatı”, “Qorxma, mən səninləyəm”, “Musiqi müəllimi”, “Avqust gələndə”, “Qara gölün cəngavərləri”, “Bircəciyim”, “Həm ziyarət, həm ticarət”, “Özgə vaxt”, “Otel otağı”, “Yalan” və s. filmlərdə rejissor assistenti, II rejissor və aktyor kimi iştirak edib. Amma Yusif Əlizadə dedikdə bir çox tamaşaçının gözünün qabağına ilk növbədə “Yol əhvalatı” filminin Fəridi gəlir.

“Çəkilişə gəlməyib, qızlarla əylənirdi, ağzından yumruq vurdum” - “Yol əhvalatı”nın Fəridi gürcü aktyoru niyə döyüb? - <span style=color:red>ÖZƏL+FOTO

“Çəkilişə gəlməyib, qızlarla əylənirdi, ağzından yumruq vurdum” - “Yol əhvalatı”nın Fəridi gürcü aktyoru niyə döyüb? - <span style=color:red>ÖZƏL+FOTO

“Çəkilişə gəlməyib, qızlarla əylənirdi, ağzından yumruq vurdum” - “Yol əhvalatı”nın Fəridi gürcü aktyoru niyə döyüb? - <span style=color:red>ÖZƏL+FOTO

Medianews.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90