image-rt-reklam
image-1backend

Çaylarda sululuq artıb

image-728x90

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avtomat hidroloji stansiyaların iyunun 24-ü saat 9:00-a olan məlumatına əsasən, Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 22 sm, Katexçayda 9 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 8 sm, Oxçuçayda isə 3 sm artım qeydə alınıb.

Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 7 sm artıb, su sərfi 236 m3/san olmaqla normanın 58%-ni Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 17 sm artıb, su sərfi 155 m3/san olmaqla normanın 93%-ni təşkil edir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90