image-rt-reklam
image-fb_img_1724736048345backend

Cavanşir Feyziyev seçicilərlə görüşdü – FOTOLAR

image-728x90

Sentyabrın 1- də keçiriləcək növbədənkənar parlament seçkilərində 115 saylı Şəki seçki dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyev Şəki rayonunun Şirinbulaq kəndində seçicilərlə görüşüb. Kənd sakinləri keçən çağırış müddətində millət vəkilinə etdikləri müraciətlərin icra olunmasından razılıqlarını bildiriblər. Belə ki, ötən dörd il ərzində kəndə 8 km uzunluğunda asfalt yol çəkilib, kənddə mobil rabitə ötürücüsü quraşdırılıb və kənd məktəbinin maddi-texniki bazası yaxşılaşdırılıb. Şirinbulaq sakinləri qarşıdan gələn parlament seçkilərində növbəti dəfə Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90