1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində 115 saylı seçki dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyevin seçicilərlə növbəti görüşünü keçirib. Ulusal.az xəbər verir ki, Cavanşir Feyziyevin seçicilərlə bu dəfəki görüşü Şəki rayonunun Aşağı Küngüt kəndində baş tutub. Görüşdə iştirak edən kənd sakinləri keçən çağırış müddətində deputatın fəaliyyətindən razı qaldıqlarını bildirib və qarşıdan gələn parlament seçkilərində də Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.