1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində 115 saylı Seçki Dairəsindən deputatlığa namizəd Cavanşir Feyziyev İbrahimkənd yaşayış məntəqəsində seçicilərlə görüşüb. Cavanşir Feyziyev kənd sakinlərinin problem və şikayətlərini dinləyib. Kənd sakinləri qarşıdan gələn parlament seçkilərində Cavanşir Feyziyevin namizədliyini dəstəkləyəcəklərini bildiriblər.