image-rt-reklam
image-1backend

Çarəsi hələ də tapılmayan CÜZƏM xəstəliyi – Azərbaycanda nə qədər belə xəstə var?

image-728x90

Azərbaycanda ümumilikdə 15 nəfər cüzəmlı xəstə var.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, orta göstərici olaraq, cüzəm xəstələrindən son 4 ildə 1 nəfər qocalıq səbəbindən vəfat edib.

“Cüzəmli xəstələrlə bağlı statistik məlumatlar daima xəstəxananın nəzarətində saxlanılır. Profilaktika məqsədi ilə xəstəxana tərəfindən mütəmadi olaraq istər stasionar, istərsə də ambulator xəstələrin özləri və yaxın ətrafı ilə daim əlaqə saxlanılaraq baxış keçirilir. Məhz bu səbəbdən aşkarlanan və dünyasını dəyişmiş cüzəmli xəstələrin statistikası daimi aparılır. 1990-cı ildə bu xəstələrin sayı 80 nəfər olub”, – məlumatda qeyd edilib.

Lakin xəstələrdən neçə nəfərinin ambulator, neçə nəfərinin stasionar şəraitdə müalicə aldığı qeyd edilməyib.

Məlumat üçün bildirək ki, cüzəm xəstəliyi bəşəriyyətin əsrlərdir ən ağır bəlalardan biri kimi qəbul edilir. Bu xəstəlik barədə məlumata hələ eramızdan əvvələ aid yazılı abidələrdə rast gəlinir. 1954-cü ildən etibarən hər il yanvarın sonuncu bazar günü Ümumdünya Cüzəm Xəstələrinə Yardım Günü kimi qeyd edilir.

Xatırladaq ki, Azərbaycanda yeganə Respublika Leproz (Cüzəm) Xəstəxanası Bakının Qaradağ rayonu ərazisində Umbakı qəsəbəsinin yaxınlığında yerləşir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90