image-rt-reklam
image-4backend

CARÇI Express jurnalının yeni sayının təqdimatı oldu – FOTOLAR

image-728x90

2 dekabr 2022-ci ildə CARÇI Express jurnalının yeni sayının növbəti, üçüncü təqdimatı keçirilib. Jurnalın yeni sayı görkəmli Azərbaycan dramaturqu və mütəfəkkiri Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyinə həsr olunub. Təqdimat İmişli rayonunun mərkəzi kitabxanasında baş tutub.

İmişli rayonunun ictamaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Kürdəmir Regional MƏDƏNİYYƏT İdarəsinin İmişli rayonu üzrə nümayəndəsi Nazim Əzimov açıb. Nazim Əzimov Bakıdan gələn qonaqları, kitabxana işçilərini və tədbir iştirakçılarını salamlayıb. Vətən uğrunda canından keçmiş şəhidlərimiz anılıb.

Təqdimatı CARÇI Express jurnalının baş redaktoru Sərxan Carçı davam etdirib. Baş redaktor təqdimatın keçirilməsində müstəsna rolu olan İmişli rayonunun tanınmış ziyalısı Usta Maarifə, zəhməti keçən hər kəsə və tədbir iştirakçılarına təşəkkürünü bildirib. Jurnalın əvvəlki sayları və Hüseyn Cavidə həsr olunmuş yeni sayı barədə iştirakçılara ətraflı məlumat verib.

Çıxış üçün ilk söz rayonunun görkəmli ziyalılarından olan Hacı Mayıla verilib. Hacı Mayıl Azərbaycan təsəvvüf-irfan ədəbiyyatı və Hüseyn Cavid yaradıcılığında təsəvvüf-irfan mövzusunda ətraflı çıxış edib.

Mərkəzi kitabxananın oxucuculara xidmət şöbəsinin müdiri Kamilə Ələkbərova, Uşaq şöbəsinin müdiri Şəhla Məmmədova çıxış edərək kağız mətbuatın, kitabın, kitabxananın təbliğinin vacib olduğunu və bu cür tədbirlərin məhz bu təbliğə xidmət etdiyini bildiriblər.

Təqdimatın təşkilatçılarından Usta Maarif, qocaman ədəbiyyat müəllimi Mirzeynal Fəttah, ictimaiyyət nümayəndəsi İlyas Arran, Bakıdan gələn qonaq Faiq Nəsibov, jurnalın redaksiya heyətinin üzvü və yazarı Günay Rzayeva və gənclər ətraflı çıxışlar ediblər.

Jurnal kitabxanaya, ziyalılara və gənclərə hədiyyə olunub.

Təqdimatın sonunda baş redaktor Sərxan Carçı Hüseyn Cavidin 140 illik yubileyinin təşkilinə verdiyi töhfələrə görə Hacı Zeynalabdin Tağıyev adına Təhsil Fondu tərəfindən diplom ilə təltif edilib.

image-1 image-2 image-3 image-4 image-5 image-6

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90