image-rt-reklam
image-1backend

“Çantalarımı yığmışdım ki, gedim” – “Neftçi”nin futbolçusunu elə aldatdılar ki…

image-728x90

“Neftçi”nin yarımmüdafiəçisi Reziuan Mirzov Türkiyə klublarının təmsilçiləri ilə uğursuz danışıqlarından danışıb.

Ulusal.az  xəbər verir ki, futbolçu “Championship” nəşrinə açıqlamasında çoxlu təkliflər aldığını və bunların əsasının Türkiyədən olduğunu deyib:

“Mən bacardığım hər kəslə danışıqlar apardım. 90-a yaxın adam mənimlə əlaqə saxladı, hər kəs müxtəlif variantlar təklif etdi. Əsas təkliflər Türkiyədən idi və mən özüm ora getmək istəyirdim. Bir neçə dəfə o qədər yaxın oldu ki, artıq çantalarımı yığırdım, amma alınmadı – insanlar məni aldatdılar: “Sivasspor”, “Konyaspor”. Sözlə desək, Türkiyədə klubların yarısı siyahıda idi, lakin onların agentləri ilə dəqiqliyə varmaq çətindir”.

Qeyd edək ki, əvvəllər “Spartak” və “Ximki”də çıxış edən 30 yaşlı futbolçu 2023-cü ilin sentyabrında azad agent kimi “Neftçi” ilə müqavilə imzalayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90