image-2000x150
image-1backend

Canan Karatayın çay xəbərdarlığı təsdiqini tapdı: yeməkdən sonra içsəniz…

image-728x90

Tanınmış türkiyəli professor, kardioloq Canan Karatay yeməkdən sonra çay içməyin zəhərli ola biləcəyini iddia edib.

Ulusal.az xəbər verir ki, o, dəmirin udulmasını azaltdığı üçün yeməkdən sonra çay içilməməsi lazım olduğunu bildirib. Karatay həmçinin mineral su içməyin də faydalı olmadığını söyləyib.

Çaya əlavə edilən şəkərə də diqqət çəkən professor, şəkər asılılığına işarə edərək, çayın içərisinə kərə yağı əlavə edərək içməyi tövsiyə edib.

Karatayın çayla bağlı xəbərdarlığı mütəxəssislər tərəfindən də təsdiqlənib.

Dəmir çatışmazlığı və qan azlığı haqqında məlumat verən alimlər anemiyanın çox geniş yayılmış sağlamlıq problemi olduğunu və bir çox amillərin bu problemə səbəb ola biləcəyini vurğulayıblar.

Anemiyanın qarşısını almaq və dəmirin udulmasını artırmaq üçün yeməkdən ən az 1 saat sonra çay və qəhvə içmək vacibdir. Bundan əlavə, yüngül və limonlu çay seçmək dəmirin udulmasını daha da artıra bilər.

Anemiyanın əlamətlərinə yorğunluq, zəiflik, başgicəllənmə, asan yorulma, solğunluq, iştahsızlıq və konsentrasiyanın olmaması daxildir. Mütəxəssislər xəbərdarlıq edir ki, qan azlığının müalicə olunmaması, ürək, dəri problemləri və immun sisteminin zəifləməsi kimi ciddi problemlərinə yol aça bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90