image-rt-reklam
image-1backend

Çanakala cəngavərləri: Təslim olmamaq üçün özlərini partladan cəsur uşaqlar…

image-728x90

Qardaş Türkiyə öz azadlığı üçün savaşa atılmışdı. Ölkə başdan-başa müharibə meydanı idi. Uşaqdan böyüyə hər kəs müharibə ilə nəfəs alırdı. Məğlubiyyət Osmanlı dövlətinin xəritədə silinməsi demək idi. Bu müharibəyə hamı kimi onlar da qatılmışdı. Onların xüsusi bir dəstəsi var idi. Yaşları az idi. Ən böyüyünün 13, ən kiçiyinin isə 9 yaşı var idi. Onların dəstəsi 42 nəfərdən ibarət idi. Dəstə ilk öncə arxa cəbhədə işlər görürdü. Lakin bir gecə özləri də istəmədən döyüşün düz ortasına düşdülər. Onlar “Çanakala cəngavərləri” adlanan uşaqları idi.

Qəhrəmanı yetişdirən mühitdir deyirlər. Onlar da bu mühitin içərisində yetişmişdilər. Doğulduqları Çanaqqalanın başı üstünü qara buludlar almışdı. 42 uşaq Çanaqqaladakı yeganə məktəbin şagirdləri idi.

Osmanlı dövləti və əsgərlərinə yardım edən uşaqlar 7 avqust 1915-ci il gecəsi düşmənlə üz-üzə gəldilər. Qarşılarındakı dəstənin uşaq olduğunu bilməyən düşmənlər geri çəkilməyə məcbur oldular.

Bu dəstənin başçısı isə 13 yaşlı Əli Rəşad Çavuş idi. O müharibə üçün doğulmuş bir qəhrəman idi. Bütün ailəsinin elə savaşda itirmişdi.

Döyüşlərin ilk günlərində yaralılara kömək edər, əsgərlərə silah çatdırardı. Lakin sonra bu işə bir məktəbdə oxuduğu uşaqları da cəlb edərək öz dəstəsini yaradır. Əsgərlər fəxrlə onlara yardım edən bu uşaqlara “Çanakala cəngavərləri” adını vermişdilər. Onun haqqında hələ o dövrdə alman qəzetləri məqalələr dərc edirdi. Alman qəzetinin 8 yanvar 1916-ci il tarixli sayında 13 yaşında qəhrəmanlıq dastanı yazan Əli haqqında məqalədə deyilirdi:”O boyunun balaca olmasına baxmayaraq əlindəki bombanı düz düşmənin səngərinə atır. O bu döyüşlərdə iki medal da alıb”.
Bu dəstənin başqa bir cəngavəri Mehmet adlı 12 yaşlı uşaq idi. Gecə sürünərək düşmən səngərinə yaxınlaşan Mehmet Salih atdığı qumbara ilə düşmənin iki zabitini və bir neçə əsgərini öldürür.

Onun qəhrəmanlığı alman generalı Liman von Sandersə çatır. O qəhrəmanlığına görə general tərəfindən almanların ən qiymətli döyüş nişanı ilə təltif edilir.

Bu dəstədə olan uşaqların çoxu canlarını doğulduqları Çanaqqala uğrunda fəda etdilər. İbrahim Aydəmir, Suat Yalçın, Şahap, Əhmət Duran, Bombacı Əhməd, Şəkərçi Ökkəş və Əli Yıldız şəhid oldular. Onlar təslim olmamaq üçün, özlərini partladaraq düşmən əsgərlərini məhv edirdilər…

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90