“Ermənistan təxribatları ilə regionda vəziyyəti yenidən gərginləşdirməyə çalşırlar”.
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, Ermənistan yaxşı olardı ki, havadarlarına deyil, Ali Baş Komandan İlham Əliyevin məsləhətlərinə qulaq assın:
“Son zamanlar Ermənistan hakimiyyəti ziddiyyətli, sülh prosesini ləngitməyə yönəlmiş təxribatlar atmaqdadır. Bütün təxribatlar sübut edir ki, Ermənistan düşmənçilik niyyətindən əl çəkmək istəmir və buna görə də məqsədyönlü şəkildə təxribatları ilə regionda vəziyyəti yenidən gərginləşdirməyə çalışır. Ermənistanın bütün təxribatlarını regionda baş verən proseslər kontekstində qiymətləndirməsi vacibdir. Açıq şəkildə görünür ki, Ermənistan regionda vəziyyəti gərginləşdirməklə sülh sazişinin imzalanmaqdan boyun qaçırmağa çalışır. Ermənistandan fərqli olaraq Azərbaycan regionda sülh və əməkdaşlıq mühitinin yaradılması istiqamətində çox mühüm addımlar atmaqdadır. Yaxşı olardı ki, Ermənistan da öz ənənəvi siyasətini dəyişərək, bölgədə sülhün və əminamanlığın bərbası üçün çalışsın”.
Deputat vurğulayıb ki, Ermənistan təxribat xarakterli əməllərinə birdəfəlik son qoymalıdır:
“Heç kəsə sirr deyil ki, Ermənistanda əhalinin həyat səviyyəsi aşağıdır. Ermənistan xalqı mövcud vəziyyətdən narazıdır. Təxribatların əsas səbəbi də məhz Nikol Paşinyanı devirməkdir. Amma ermənilər bilməlidir ki, bütün təxribatlar onları daha ağır vəziyyətə salır. Yaxşı olar ki, ermənilər 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətlərini və Azərbaycanın həyata keçirdiyi anti-terror əməliyyatlarını unutmasınlar”.