image-2000x150
image-elnurbackend

“Bütün sahələrdə ÜDM artımı müşahidə olunur” – Elnur Allahverdiyev

image-728x90

“Bu ilin yanvar-fevral aylarının statistikası ötən ili sonunda dövlət büdcəsinin müzakirəsi zamanı səslənən 2024-cü ilə dair proqnozların doğruluğunu göstərir. İlin ilk 2 ayı ərzində ÜDM illik müqayisədə 5 faizlik artım göstərib və 18 milyard 577 milyon manata çatıb. İqtisadiyyatın neft-qaz sektorundan asılılğının azaldılması nöqteyi-nəzərdən qeyri-neft sektorunda 10 faizlik artım faktı xüsusilə sevindiricidir.” – bu fikirləri Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib.

Millət vəkili qeyd edib ki, ticarətdən tutmuş kənd təsərrüfatınadək bütün sahələrdə ÜDM artımı müşahidə olunur.

“Belə ki, ÜDM istehsalının təqribən 40 faizi sənayenin payına düşür. Yanvar-fevral aylarında 10,2 milyard manatlıq sənaye məhsulu istehsal olunub.
İqtisadiyyata investisiya yatırımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz artıb. Burada da qeyri-neft-qaz sektorundakı vəziyyət ürəkaçandır. Bu sferaya yatırılan investisiyanın həcmində 17 faizlik yüksəliş var.
Ötən ay keçirilmiş Prezident seçkilərində xalqımızın mütləq əksəriyyəti cənab İlham Əliyevə etimad göstərməklə ölkədə baş verən proseslərə, pozitiv dəyişikliklər və nailiyyətlərə öz müsbət münasibətini bildirmiş oldu. Xalqın dəstəyi ilə yenidən bu vəzifəyə seçilən Prezident cənab İlham Əliyev hökumətə etimad göstərməklə həyata keçirilən islahatların, icra olunan layihələrin, reallaşdırılan tikinti-quruculuq işlərinin davam etməsi üçün diqqəti sabitlik amilinin önəminə, vacibliyinə yönəltdi. Bu, hökumətin fəaliyyətinə həm də xalqın, əhalinin münasibəti və dəstəyidir.”-deyə Elnur Allahverdiyev əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90