image-2000x150
image-ceyhun66backend

Bütün oyunlara son qoyulmalıdır

image-728x90

Milli Məclisin deputatı Ceyhun Məmmədov

Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır.

Azərbaycan Respublikası MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycanın MDB ilə əlaqələri, o cümlədən də, quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır və milli maraqlara xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul etdi və Müstəqil dövlətlərin MDB çərçivəsində əməkdaşlığının müxtəlif aspektlərinə dair bir sıra məsələlər geniş müzakirə edildi.

Azərbaycanın regiona sülh gətirməsinə MDB ölkələri də dəyər verir.  Azərbaycanın antiterror tədbirlərindən sonra Cənubi Qafqazda, demək olar ki, son 40-50 ildə görünməyən sabitlik müşahidə edilməkdədir. MDB məkanına da məlumdur ki, harada ərazi problemi varsa, orada sabitlik problemi də var..

Azərbaycan həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər də Azərbaycanın buna əməl etdiyini artıq vurğulayıblar.

Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan isə ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verməyi bacardı. Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan hadisələr törətdi. Ermənistanın düşünülmədən həyata keçirdiyi terror aktları ermənilərin nə dərəcədə anti-humanist hərbi siyasət həyata keçirdiyini bütün dünyaya tanıtdı.

Erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər. Fransa 2020-ci ildən başlayaraq bu günə qədər qeyri-konstruktiv və təxribatçı rol oynayır. Ancaq Azərbaycanın ünvanına səslənən əsassız ittihamlar, təhdidlər mənasızdır. Azərbaycan öz torpaqlarında döyüşüb, beynəlxalq hüququ pozmayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90