image-rt-reklam
image-1backend

Bütün ermənilərin katolikosu Bakıya gələ bilər

image-728x90

Bütün ermənilərin katolikosu II Qaregin noyabrda Bakıda keçiriləcək dünya dini liderlərinin sammitində iştirak etmək üçün dəvət almayıb.

Ulusal.az xəbər verir ki, bunu mediaya açıqlamasında katalikosluğun sözçüsü, keşiş Yesai Artenyan bildirib.

O, dəvət alacaqları təqdirdə Bakıya gedib-getməyəcəklərinə aydınlıq gət irməyib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov bu günlərdə bildirib ki, noyabrın 5-dən 7-dək Qafqaz Müsəlmanları İdarəsi PreCOP tədbiri çərçivəsində dünya dini liderlərinin sammitini təşkil edəcək.

Onun sözlərinə görə, sammitdə 200-ə yaxın din xadimi və elm adamı iştirak edəcək və onların Qarabağa səfəri də nəzərdə tutulub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90