image-rt-reklam
image-8backend

Buludlar üzərindəki Pokut yaylağı – FOTOLAR

image-728x90

Türkiyədə turizm sürətlə inkişaf etdikcə maraqlı turizm marşurutları ortaya çıxır. Mağaralar, tarixi abidələr, şəlalələr kimi son illər   turizm marşurutuna Qara dəniz bölgəsinin əsrarəngiz təbiət möcüzələri də əlavə olunub. Məhz bu səbəbdən Avropadan və Rusiyadan gələn turistlərin Türkiyənin möhtəşəm təbiət mənzərələri olan Qara dəniz bölgəsinə  axın etməsinə səbəb olub. Rəsmi rəqəmlərə görə Qara dəniz bölgəsində 2023-cü ildə turizm payı Türkiyə üzrə 23 faiz olub.

Turizm marşurutları üzərindəki möhtəşəm təbiət mənzərələri turistləri valeh edir. Bu gün turistlərin daha çox axın etdiyi ərazilərdən biri  Rizənin Çamlıhemşin rayonu ərazisində, 2170 metr yüksəklikdə yerləşən Pokut yaylaqlarıdır. Böyük şam meşələri ilə əhatə olunmuş,  taxta evləri ilə Pokut yaylaqları  trekking həvəskarları, həvəskar və peşəkar fotoqraflar üçün vazkeçilməz yerlər sırasındadır. Pokut yaylaqları ilə üzbəüz yerləşən Sal yaylaqları Pokut yaylaqlarına  gələn yerli və xarici turistlərin getdiyi yerlər arasındadır. Buludların üstündə yerləşən Pokut və Sal yaylaqları Qara dəniz bölgəsinə gələn turistlərin görmək istədikləri yaylalar sırasındadır.

image-1

Pokut yaylaqlarından  həm Amlakit, həm də Hazindağ yaylaqlarını görmək mümkündür. Yerli əhali Pokut yaylaqlarında  məskunlaşma tarixini bilməsə də,  tarixi mənbələrə görə bu yaylar  XVI əsrə, bəzi yaylaların isə XVIII əsrə aid olduğu məlumdur. Pokut yaylaqlarının  kəşf tarixi təxminən 1750-ci ilə təsadüf edir.
Pokut yaylaqlarında orta hesabla təxminən 25 yaylaq  evi var. Amma onun 80%-i istifadəsizdir, heyvandarlıq fəaliyyətini davam etdirən bir neçə evdən və turizm biznesi ilə məşğul olan 4,5 evdən başqa heç bir açıq ev yoxdur.

image-11

Pokut yaylaqları şam ağacları ilə örtülmüş dağlar arasında izdihamdan uzaqda, yalnız quşların, itlərin və inəklərin səsini eşitdiyiniz yaşıllığın hər çalarını görə biləcəyiniz cənnət məkanıdır.

Pokut yaylaqlarının  mənası  ‘Küləkli Vadi’ deməkdir.

image-22

Qaradənizin cənnəti adını alan bu yaylaqlara hər il yüz minlərlə turist ziyarət edir. Əsasən Avropa ölkələrindən gələn turistlər bu yaylaqlara çıxırlar.

image-33

Bu gün bu yaylaqlarda turism qəbulunun artırılması, turistlərin qalması üçün otellərin tikintisi həyata keçirilir. Buna baxmayaraq bura gələn əcnəbi turistlər burada çadırlar quraraq qalırlar. Pokut yaylaqlarını əcnəbi turistlər təbiətin möcüzəsi adladırırlar.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90