image-2000x150
image-img-20240318-wa0082backend

“Builki Novruz bayramı unikal xarakter daşıyır”

image-728x90

“Dördüncü dəfədir ki, bayram tonqalını mən azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. Bu, böyük xoşbəxtlikdir. Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik və bu gün Azərbaycan ərazisində ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmişdir.”-deyə cənab Prezident Azərbaycan xalqına builki Novruz təbrikində söyləmişdir.
Doğrudan da builki Novruzun unikal cəhəti odur ki, ilk dəfə bütün Azərbaycan torpaqlarında, o cümlədən 32 illik həsrətdən sonra Xankəndi və Xocalıda bayram tonqalı qalanır, el şənlikləri keçirilir. Əlbəttə, bu sevinci bizlərə Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu bəxş etmişdir. Arzular, istəklər çin olmuş, Qarabağ və Şərqi Zəngəzur torpaqlarına əmin-amanlıq gəlmişdir. Ölkə başçısının ənənəvi təbrikini 4-cü dəfə Qarabağdan səsləndirməsi bizə ümid və inam verir ki, bundan sonra da torpaqlarımızda sülh, əmin-amanlıq olacaqdır.
Ölkə baçısı cənab İlham Əliyev təbrikində bu sevinci bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzu edərək demişdir: “Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək.
Ermənistanla müharibənin sona çatmasından sonra Qarabağda aparılan bərpa, quruculu işləri bu gün sürətlə davam edir, bu torpaqların əsil sahibləri doğma yurd yuvalarına qayıdır.
Altı ay bundan əvvəl birgünlük antiterror əməliyyatından sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tam bərpa etməsini qeyd edən cənab Prezident bildirib ki, “Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir. Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq.”

Cənab Prezidentin qələbəmizin növbəti rəmzi kimi Xankəndi şəhərinin mərkəzi meydanını “Zəfər meydanı” adlandırması xalqımıza əsil Novruz töhfəsi olmuşdur. Bu tarixi an heç vaxt unudulımayacaqdır. Həmin meydanda bayram tonqalı qalayan dövlətimizin başçısı bu qədim şəhərin Azərbaycan xalqına məxsus olduğunu tarixi faktlar və dəlillər əsasında bir daha səsləndirmişdir. Təbrikinin sonunda cənab prezident xalqımızın bu qələbədən sonra qürurla, yaşadığını, fəxr etdiyini bildirərək demişdir: “Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.”

Eltun Süleymanov,

 Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90