image-2000x150
image-1685516846_dsc_4845_1625836522backend

Büdcə layihəsi qəbul edildi – YENİLƏNİB

image-728x90

Milli Məclisdə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsini parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Qanun layihəsinə görə, 2022-ci il dövlət büdcəsinin icrası üzrə gəlirlər 30 milyard 679 milyon 646,4 min manat, xərclər isə 32 milyard 64 milyon 568 min manat məbləğində olmaqla təsdiq edilir.

Sənədə əsasən 2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat proqnoza qarşı 30 milyard 679,6 milyon manat olub. Bu da 2021-ci illə müqayisədə 4 milyard 283,4 milyon manat (16,2 faiz) çoxdur.

Dövlət büdcəsi gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi isə 22,9 faiz təşkil edib.

2022-ci il dövlət büdcəsinin xərcləri ilkin olaraq 29 milyard 879 milyon manat məbləğində təsdiqlənib. Dövlət büdcəsinə yenidən baxılaraq, onun xərcləri artırılaraq 32 milyard 303,8 milyon manat məbləğində müəyyən edilib. Büdcə xərcləri 99,3 faiz həcmində icra olunub. Bu da 2021-ci illə müqayisədə 4 milyard 283,4 milyon manat (16,2 faiz) artıqdır.

Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi qəbul edilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90