image-rt-reklam
image-img-20250220-wa0001backend

Bu xanıma yüksək vəzifə VERİLDİ

image-728x90

Ulusal.az xəbər verir ki, İnarə Vəliyeva “Bakı Metropoliteni” QSC sədrinin müşaviri təyin edilib.

İnarə Vəliyeva 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində bakalavr, 2007-2010-cu illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetində
magistr təhsili alıb.

2007-2014-cü illərdə “Procter&Gamble” şirkətində marketinq və brend menecmentliyi sahələrində regional rəhbər
vəzifələrində, 2015-2021-ci illərdə “Dərs evi” tədris mərkəzinin direktor müavini vəzifəsində çalışıb.

2014-cü ildən fərqli sektorlarda marketinq, brend menecmentliyi, kommersiya sahələrində konsultasiya xidmətləri göstərib.
2021-ci ildən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində müxtəlif qurumlarda rəhbər vəzifələrdə çalışıb. Məlumat Hesablama Mərkəzi, “Azintelecom”da sədr müavini, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri vəzifələrində çalışıb

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90