Qırğızıstanda naməlum şəxslər Avropadan gələn turistləri daşıyan qatara daş atıblar.
Ulusal.az xəbər verir ki, bu barədə “Qırğızıstan Temir Jolu” dövlət müəssisəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, naməlum şəxslər İssık-Kul vilayətinin Balıqçı şəhərində Avropa ölkələrindən gələn turistləri daşıyan qatarın vaqonlarına daş atıb, şüşələri sındırmaqla vandalizm aktı törədiblər.
Hadisə ilə bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“Bu cür hərəkətlər sərnişinlər üçün ciddi narahatlıq yaratmaqla yanaşı, həm də onların təhlükəsizliyini təhdid edir. Ölkəmizin qonaqlarının respublikanın beynəlxalq imicinə mənfi təsir göstərə biləcək cinayət əməlləri nəticəsində zərər çəkməsi xüsusilə yolverilməzdir”, – deyə müəssisədən bildirilib.Publika.az