image-2000x150
image-1backend

“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”

image-728x90

“BMT-nın İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP 29) Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası zamanı, ölkələrin atəşkəs bağlamağa dəvət edilməsi, Azərbaycan dövlətinin apardığı sülhpərvər siyasətin təsdiqidir”.

image-1699690183_nesib66-1jpg-1699770829

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanın sülh təşəbbüsləri bəzi qüvvələr tərəfindən narahatlıqla qarşılanır:

“Azərbaycan hər zaman dünyada sülhün, barışığın əldə olunması üçün ən müxtəlif platformalardan çağırışlar etmişdir. Hətta, 30 illik erməni işğalı zamanı belə, problemin qan tökülmədən danışıqlar yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll olunmasına çalışmışdır. Əfsuslar olsun ki, Ermənistan və ona himayədarlıq edən böyük güclər, Azərbaycanın xəbərdarlıqlarını zəiflik əlaməti kimi qəbul etdilər. Nəticə göz qabağındadır.

Bütün bunlarla yanaşı, regionda gərginliyin davam etməsində maraqlı olan, yeni müharibə hazırlayan qüvvələr var. Qazax rayonunun işğal altında olan 4 kəndinin qaytarılması, iki dövlət arasında cüzi də olsa, sülhə meyllik, erməni-daşnak-millətçilərini, onlara daimi zəhər verən kilsəni ayağa qaldırmışdır.

Son günlər qonşu Gürcüstanda da ictimai-siyasi sabitliyin pozulması, inqilabi proseslər müşahidə olunur. Ukraynada müharibə, daha doğrusu, qlobal mənada Rusiya-Qərb qarşıdurması, İsrail-HƏMAS qarşıdurması, Yaxın Şərqin, Afrikanın və Asiyanın müxtəlif ölkələrində tökülən qanlar, terror aktları 3-cü dünya müharibəsinin astanasında olduğumuzu göstərir. Vaxtında qarşısı alınmazsa, hadisələr öz axarından çıxa bilər.

İqlim dəyişikliyinin yaratdığı fəsadlar, ümumbəşəri problemlərdir. Planetin, Yer kürəsinin təhlükəsizliyi məsələsidir. Ayrı-ayrılıqda isə, hər bir ölkənin milli təhlükəsizliyinin, onun əsas komponentlərindən texnoloji, ekoloji təhlükəsizlik, ərzaq təhlükəsizliyi, informasiya təhlükəsizliyidir.

BMT Baş Assambleyasından sonra, kütləvilik baxımdan ən böyük, nüfuzlu COP Konfranslarının rolu böyükdür. Noyabr ayında keçiriləcək Bakı Konfransında 120-dən çox ölkədən 100 minə qədər mötəbər nümayəndə heyətinin gəlişi gözlənilir. Azərbaycanın belə bir möhtəşəm tədbirin platformasından, dünyada müharibələrin müvəqqəti də dayandırılması, atəşkəsin əldə olunması, sülhün bərqəqar olması üçün etdiyi çağırışlar son dərəcə böyük əhəmiyyət kəsb edir. Bütün bunlar ölkəmizin beynəlxalq nüfuzun artmasına xidmət etməklə yanaşı, sülhpərvər dövlət olduğunun göstəricisidir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90