image-rt-reklam
image-1676530182_1676529914_4backend

Bu tarixlərdə “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq

image-728x90

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 18-19 fevral tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkaları keçiriləcək.

Ulusal.az xəbər verir ki, yarmarkaların təşkil olunmasında əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Həftəsonu yarmarkalarında 56 regiondan 70-dən çox fermer iştirak edəcək. Fermerlər 80-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.

Qeyd edək ki, fermerlər yarmarkalarda tamamilə ödənişsiz şəkildə iştirak edəcəklər. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar. Həmçinin, məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.

“Kənddən Şəhərə” həftəsonu yarmarkaları aşağıdakı ünvanlarda keçiriləcək:

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı)

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı)

Bu tarixlərdə “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaqBu tarixlərdə “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaqBu tarixlərdə “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaqBu tarixlərdə “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90