image-rt-reklam
image-6666666666666666666666666666666666666666666backend

Bu şəxslərin maaşı sentyabr ayından 35 % ARTIRILACAQ

image-728x90

Bu ildən Azərbaycan dili və Ədəbiyyat fənni üzrə dərs deyən müəllimlər sertifikasiyada iştirak etməli olacaqlar.

Bu barədə Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov danışıb.

Onun sözlərinə görə, sertifikatlaşdırma prosesi üçün 34 minə yaxın müəllimin məlumatları sistemə daxil edilib:

“Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi iyunun 20-dən 24-dək keçiriləcək. Test imtahanından uğurla keçən müəllimlərin avqust ayının sonunda müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub. Müsahibə mərhələsində qaydalarda nəzərdə tutulan meyarlar üzrə müəllimlərin ünsiyyət bacarıqları, sinfin idarə olunması, digər meyarlar üzrə qiymətləndirmə aparılacaq.

Sentyabr ayından etibarən prosesdən uğurla keçən müəllimlərin əmək haqlarında müvafiq olaraq 10-35 faiz artımlar tətbiq ediləcək”. /metbuat.az/

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90