image-rt-reklam
image-1backend

Bu şəxslərə 150 min veriləcək

image-728x90

Rusiyada döyüş bölgəsindən qayıtdıqdan sonra sahibkarlıqla məşğul olmaq istəyən müharibə iştirakçılarına 150 000 rubl (təxminə 3160 AZN) ödəniş edilə bilər.

Ulusal.az xəbər verir ki, Rusiya Dövlət Dumasının LDPR fraksiyasının rəhbəri Vladimir Slutski bu təkliflə çıxış edib.

Ödəniş veteranların biznes fəaliyyəti üçün istifadə edəcəkləri yerləri əlilliyi olan insanlar üçün uyğunlaşdırmaq məqsədilə nəzərdə tutulur: liftlərin quraşdırılması, qapı keçidlərinin genişləndirilməsi və s.

Slutski müvafiq təklifi artıq əmək və sosial müdafiə naziri Anton Kotyakova göndərib. Müharibə iştirakçılarına sahibkarlığın əsaslarını öyrətmək üçün isə pulsuz təlimlər nəzərdə tutulub.

Həmçinin deputat veteranlara sosial müqavilə çərçivəsində öz yaşadıqları yerdə sahibkarlığı inkişaf etdirmək hüququnun verilməsini təklif edib. Pilot layihənin ilk olaraq Lipetsk vilayətində tətbiq edilməsi nəzərdə tutulur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90